Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb Musaya belə dedi: «İsrail övladlarını siyahıya aldığın zaman sayılan hər bir adam öz həyatının əvəzini Rəbbə versin ki, sayıldıqlarına görə aralarında bəla olmasın. Sayılmış adamlara daxil olan hər kəs yarım şekel gümüş versin. Bu, iyirmi geradan ibarət olan Müqəddəs yerdəki şekelə görə sayılsın. Bu yarım şekel Rəbbin payıdır. İyirmi və ondan yuxarı yaşda sayılmış adamlar arasından hər bir kişi bu payı Rəbbə versin. Həyatlarınızı kəffarə etmək üçün Rəbbin payını verəndə varlı yarım şekeldən çox, kasıb yarım şekeldən əskik verməsin. Bu kəffarə pulunu İsrail övladlarından götürüb Hüzur çadırının ibadəti üçün təyin et. Bu, həyatlarınızı kəffarə etmək üçün Rəbbin önündə İsrail övladlarının xatirəsi olacaq».
Выбор основного перевода