Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Müqəddəs dağımın heç bir yerində Heç kimə zərər dəyməyəcək, Heç bir kəs o birisini məhv etməyəcək. Çünki sular dənizi bürüdüyü kimi Dünya Rəbbin biliyi ilə dolacaq. O gün Yəhuda diyarında belə ilahi oxunacaq: «Qüvvətli şəhərimiz var, Allahın qurtuluşu şəhər üçün divarlar, səngərlər kimidir. Bu iki bəla sənin başına gəldi, Dərdinə kim şərik olacaq? Qarət, dağıntı, qıtlıq və qılınc! Sənə necə təsəlli verim? Salehliyində möhkəmlənəcəksən, Zülmdən uzaq olacaqsan, qorxmayacaqsan. Qorxu hissi səndən uzaq olacaq, sənə yaxınlaşmayacaq. Darvazaların həmişə açıq qalacaq, Nə gecə, nə də gündüz qıfıllanmayacaq ki, Millətlərin sərvəti sənə təqdim olunsun, Padşahları yanına gətirilsin.
Выбор основного перевода