Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bütün Tarşiş gəmilərini, Bütün gözəl gəmiləri yox edəcək. Xudavənd Rəbb belə deyir: «Budur, Mən əlimi millətlərə Bir işarə kimi uzadacağam, Bayrağımı xalqlar arasında qaldıracağam. Onlar sənin oğullarını qucağında, Qızlarını çiyinlərində gətirəcək. Padşahlar sənə atalıq, Mələkələr sənə analıq edəcək. Üzüstə yerə sərilib sənə səcdə edəcəklər, Ayaqlarının tozunu yalayacaqlar. Onda biləcəksən ki, Mən Rəbbəm, Mənə güvənənlər utanmayacaq». Salehliyim yaxındır, qurtuluşum gəlir, Xalqları Öz gücümlə mühakimə edəcəyəm. Uzaq diyarlar Mənə bel bağlayır, Qüvvətimə ümid edir. Tanımadığınız millətləri çağıracaqsınız. Sizi tanımayan millətlər qaça-qaça yanınıza gələcək. Allahınız Rəbbə görə, İsrailin Müqəddəsindən ötrü onlar gələcək, Çünki Rəbb sizi ucaltdı. Mən aralarında bir əlamət qoyacağam. Onlardan qaçıb-qurtulanları Mən millətlərə – Tarşişə, Pula, mahir oxatanların vətəni Luda, Tuvala, Yavana, şöhrətimi eşitməyən, əzəmətimi görməyən uzaq diyarlara göndərəcəyəm. Onlar Mənim əzəmətimi bu millətlər arasında bəyan edəcək.
Выбор основного перевода