Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qoy təkəbbürlülərin təpiyi altında qalmayım, Pis adamların əli ilə qovulmayım. Əlimlə yaratdığım övladlarını Aralarında görəndə Adımı müqəddəs tutacaqlar, Yaqubun Müqəddəsini təqdis edəcəklər, İsrailin Allahından qorxacaqlar. İsrailin Müqəddəsi, Onu yaradan Rəbb belə deyir: «Övladlarımın gələcəyi haqqında Mənə sual verə bilərsinizmi? Gördüklərim işlər barəsində Mənə əmr edə bilərsinizmi? Qalx, qalx, ey Sion, qüdrətinə qurşan! Ey müqəddəs şəhər, ey Yerusəlim, Gözəl paltarlarını geyin! Çünki sünnətsizlər, murdarlar Sənin darvazalarından əsla keçməyəcək. Qulum Yaquba verdiyim, atalarının yaşadıqları ölkədə yaşayacaqlar, özləri, oğulları və nəvələri əbədi olaraq orada yaşayacaq. Qulum Davud da əbədi olaraq onların rəhbəri olacaq.
Выбор основного перевода