Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Üzünü tut, günahlarımı görmə, Bütün təqsirlərimi sil. Öz niyyətlərini Rəbdən gizlətməyə çalışanların vay halına! Qaranlıqda iş görən bu adamlar «Bizi kim görür, kim tanıyır?» deyirlər. Buna görə də İsrailin Müqəddəsi belə deyir: «Bu sözü rədd etdiyinizə görə, Zorakılığa və yalana güvənib bel bağladığınıza görə Bu, kül yemək kimi boş işdir, Aldanmış ürəkləri onları yoldan azdırır, Canlarını qurtara bilmir və sağ əlimdəki əşya aldadıcı deyilmi?» İndi isə qulaq as, ey əmin-amanlıqda yaşayan zövq düşkünü! Sən ürəyində deyirdin: “Mən mənəm, Məndən başqası yoxdur. Heç vaxt dul qalmayacağam, Övlad itirmək dərdini bilməyəcəyəm”. «Ey bəşər oğlu, Sur hökmdarına söylə ki, Xudavənd Rəbb belə deyir: “Sən qürurlandın və belə söylədin: ‹Mən Allaham, Dənizlərin qoynunda, Allahın taxtında otururam›. Ürəyində özünü Allah sandın, Ancaq sən Allah deyil, insansan.
Выбор основного перевода