Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Göydəki ulduzlar və bürclər işıq verməyəcək, Günəş doğarkən tutulacaq, Ay nurunu saçmayacaq. Mən Allah Sodomla Homorranı necə dağıtdımsa, Padşahlıqların ən gözəli olan, Xaldeylilərin calalı və qüruru olan Babili də elə yıxacağam. Ey sahil sakinləri, dənizçilərin sayəsində varlanan Sidon tacirləri, susun! «Nə üçün yerimizdə oturmuşuq? Yığılın, gedib qalalı şəhərlərə girək, Orada həlak olaq, Çünki Allahımız Rəbb Bizi ölümə təslim etdi, Bizə zəhərli su içirdi, Ona görə ki Rəbbə qarşı günah etdik. Ey padşah, sən şahənşahsan. Göylərin Allahı padşahlığı, qüvvəti, qüdrəti və izzəti sənə verib.
Выбор основного перевода