Çünki Rəbbin qisas günü var, Siona edilən zülmlərin intiqam ili var.
Çünki qisas günü qəlbimdə idi, Xalqımı satın aldığım il gəldi.
bütün bunlara görə əyləndiyin bütün oynaşlarını – sənin sevdiklərini də, nifrət etdiklərini də bir yerə yığacağam. Onları hər tərəfdən sənə qarşı bir yerə yığacağam. Onların önündə səni çılpaq edəcəyəm və ayıbını bütünlüklə görəcəklər.
Ordular Rəbbi bəyan edir: «Ey Nineva, Mən sənin əleyhinəyəm! Paltarının ətəyini üzünə qaldıracağam, Çılpaqlığını millətlərə göstərəcəyəm, Ayıbını ölkələrə açacağam.