Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb Aşşur padşahının ordu başçılarını onların üzərinə göndərdi. Onlar Menaşşeyə qandal və tunc zəncir vurub onu əsir aldılar və Babilə apardılar. O bu kədərində Allahı Rəbbə yalvardı və atalarının Allahı önündə özünü çox aşağı tutdu, Qurtuluşum, şərəfim Allaha bağlıdır, Allah möhkəm qayam və pənahımdır. Sən zəhmlisən, Sən! Qəzəblənəndə qarşında kim dura bilər? Yatağımda bütün gecə Könlümün sevgilisini axtardım, Axtardım, amma tapa bilmədim. Tapmaq fürsəti olarkən Rəbbi axtarın, O yaxın ikən Onu çağırın. Sonra qayıdıb Öz məskənimə gedəcəyəm, O vaxtacan ki özlərini günahkar sayaraq Mənim hüzurumu axtaracaqlar. Bəlaya düşəndə həsrətlə Məni axtaracaqlar».
Выбор основного перевода