Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Xalqın firavanlığı dağlardan aşsın, Salehlər təpələri dolaşsın. Padşah xalq arasında olan məzlumları qorusun, Fəqirləri xilas etsin, Zalımları əzsin. Nə qədər günəş və ay varsa, Hər gələn nəsil qoy Səndən qorxsun. Biçilən tarlaya yağış kimi, Torpağı suvaran gur yağış kimi tökülsün. Bu padşahın ömrü boyu qoy salehlər çiçək açsın, Göydə ay durduqca qoy firavanlıq artsın. Dənizdən-dənizə qədər, Fəratdan yer üzünün qurtaracağınadək hər yerdə hökmranlıq etsin. Onun qarşısında köçəri xalqlar diz çöksün, Düşmənləri isə qoy yerə vurulsun. Tarşişin və adaların padşahları ona xərac gətirsin, Səba və Seva padşahları ona bəxşiş versin. Qarşısında bütün padşahlar təzim etsin, Qoy bütün millətlər ona xidmət etsin! Onların ziyafətlərində Lira, çəng, dəf və ney çalınar, Şərab içilər, Lakin onlar Rəbbin gördüyü işlərə Diqqət etməzlər, əməllərinə baxmazlar! O gün Ordular Rəbbi Xudavənd sizi ağlaşmağa, Yas tutmağa, saçınızı yolmağa, çula bürünməyə çağırdı. Fəqət bunun əvəzinə siz sevinc və şadlıq tapdınız, «Qoy yeyib-içək, çünki sabah öləcəyik!» dediniz, Cöngə, qoyun kəsdiniz, ət yediniz, şərab içdiniz. Xalqım Məndən üz döndərməyi qərara alıb. Haqq-Taalanı çağırsalar da, Onları heç vaxt ucaltmayacaq. Məni göndərən Atanın Özü də Mənim barəmdə şəhadət etdi. Siz heç vaxt nə Onun səsini eşitmisiniz, nə də surətini görmüsünüz. Onun kəlamının da sizdə qalmasına imkan vermirsiniz, çünki Onun göndərdiyi Şəxsə inanmırsınız. Hirod onu axtartdı. Tapa bilməyəndə isə qarovulçuları sorğu-suala çəkdirəndən sonra edam edilmələrinə əmr verdi. Bundan sonra Hirod Yəhudeyadan Qeysəriyyəyə yollandı və orada qaldı. Yaxud sən Allahın zəngin xeyirxahlığına, həlimliyinə və səbirli olmağına xor baxırsan? Bəs anlamırsan ki, Onun xeyirxahlığı səni tövbəyə yönəldir?
Выбор основного перевода