Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O, Musaya belə dedi: «İsrail övladlarına söylə: “Atalarınızın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbb məni sizin yanınıza göndərdi”. Adım əbədi olaraq budur. Qoy Məni nəsildən-nəslə belə xatırlasınlar. Ey Allahımız Rəbb, Səndən savayı başqa ağalar üzərimizdə hökm sürürdü, Lakin biz yalnız Sənin adını tanıyırıq. Ey xalqım, Məni dinlə, Ey ümmətim, Məni eşit! Qanun Məndən çıxacaq, Ədalətimi nur tək Xalqlara ehsan edəcəyəm. Rəbb belə deyir: «Ədaləti qoruyun, salehliyə əməl edin. Çünki xilasım yaxındadır, Salehliyim tezliklə aşkar olunacaq.
Выбор основного перевода