Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ya Rəbb! Mən Sənin xilasını gözləyirəm. Millətlər qazdıqları quyuya özləri düşüb, Qurduqları tələyə öz ayaqları ilişib. Bir tərəfdən çıxır, göylərdə dövrə vurur, Heç nə istisindən gizlənə bilmir. Amma Rəbb sizə lütf göstərmək üçün gözləyir, Yenə də sizə rəhm etməyə hazırdır, Çünki Rəbb adil Allahdır, Onu intizarla gözləyənlər nə bəxtiyardır! Çünki Rəbdir hakim olan, Rəbdir qanunumuzu qoyan, Padşahımız Rəbdir, Odur bizi qurtaran. Ey Siona müjdə gətirən, yüksək dağa çıx! Ey Yerusəlimə xoş xəbər gətirən, Ucalt səsini, car çək, Qaldır səsini, qorxma. Yəhuda şəhərlərinə de: «Budur Allahınız!» «Yerusəlimlə birgə sevinin, Ey onu sevənlər, hamınız onun üçün şadlanın. Ey Yerusəlim üçün yas tutanlar, Onunla birgə cuşa gəlin, fərəhlənin! Mən onları ölülər diyarının Əlindən satın alacağam, Onları ölümdən xilas edəcəyəm. Ey ölüm, bəlaların hanı? Ey ölülər diyarı, həlakın hanı? Gözümdə mərhəmət görünməyəcək. Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır. Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin
Выбор основного перевода