Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qürurluların hamısına baxıb aşağı endir, Pisləri yerindəcə təpiyinin altına sal. Moav barədə xəbərdarlıq: Moavın Ar şəhəri bir gecəyə xarabalığa döndü, dağıldı, Moavın Kir şəhəri bir gecəyə viranəliyə döndü, dağıldı. İndi isə Rəbb belə deyir: «Tam üç ilin ərzində Moavın şan-şöhrəti çoxsaylı xalqı ilə birgə alçaldılacaq, sağ qalanları azalıb zəifləyəcək». Budur, səni təzə, dişləri iti vəl edəcəyəm. Sən dağları döyüb əzəcəksən, Təpələri saman çöpü kimi sovuracaqsan. Onlar döyüşdə Düşməni küçələrdə palçıqda tapdalayan İgidlər kimi olacaq, Rəbb onlarla olduğu üçün döyüşəcəklər, Süvariləri utandıracaqlar.
Выбор основного перевода