Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qayam, qurtuluşum yalnız Odur, O mənim qalamdır, mən sarsılmaram. Heyvanlarını kəsib, Şərabını hazırlayıb, Süfrəsini də düzəldib. Axır zamanda Rəbbin evi olan dağ Dağların zirvəsində möhkəm duracaq, Təpələrdən yuxarı ucalacaq. Bütün millətlər ona sarı gələcək. Çox xalqlar gəlib deyəcək: «Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, Qoy Rəbb bizə Öz yollarını öyrətsin, Biz Onun rizləri ilə gedək». Siondan Rəbbin təlimi, Yerusəlimdən Onun kəlamı yayılacaq. Millətlər arasında Rəbb hakim olacaq, Çox xalqlar haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan, Nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, Artıq dava etməyi öyrənməyəcək. Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq. Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq. «Səmavi Padşahlıq oğluna toy ziyafəti verən bir padşaha bənzəyir. Bir daha başqa qulları göndərərək onlara dedi: “Dəvət olunanlara deyin ki, budur, mən ziyafətimi hazırladım, öküzlərim və bəslənmiş heyvanlarım kəsilib, hər şey hazırdır, toy ziyafətinə gəlin!” Amma İsa ona dedi: «Bir adam böyük ziyafət hazırladı və oraya çoxlu qonaq çağırdı.
Выбор основного перевода