Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O qəzəblənəndə göyün dirəkləri sarsılır, Çaşıb qalır. Səcdəgahının ortasında düşmənlər nərə çəkdilər, Bu yerə zəfər bayraqlarını keçirtdilər. Rəbb yeri sarsıtmağa qalxanda Onun zəhmli üzündən, ehtişamının əzəmətindən Hər bir insan qayalıqdakı mağaralara, Yerin altındakı xəndəklərə qaçıb girəcək. Rəbb yeri sarsıtmağa qalxarkən Onun zəhmli üzündən, ehtişamının əzəmətindən Qaçmaq üçün qayalıqdakı çatlaqlara, Uçurumlardakı yarıqlara girsinlər. Buna görə də Mən Ordular Rəbbi, Qızğın qəzəb günündə Qeyzlə göyləri titrədəcəyəm, Yer üzü lərzəyə gələcək. Budur, Ordular Rəbbi belə deyir: “Tezliklə Mən göyləri, yeri, dənizi, torpağı bir də lərzəyə gətirəcəyəm! «Yəhuda valisi Zerubbabilə belə de: “Mən göyləri və yeri lərzəyə gətirəcəyəm. O vaxt Onun səsi yeri sarsıtdı. Amma indi «Mən bir dəfə də yalnız yeri yox, göyü də lərzəyə gətirəcəyəm» deyə vəd etmişdir.
Выбор основного перевода