Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Əgər Onunla kimsə mübahisə etmək istəsə, Onun min sualına bir cavab tapa bilməz. Hüzuruna şikayətimi tökürəm, Qarşısında əziyyətimi söyləyirəm. Nə varsa, adı çoxdan qoyulmuşdur, İnsanın da nə olduğu bilinir. Heç kəs özündən güclü ilə güləşə bilməz. Budur, aslan İordan çayının kənarındakı sıx meşədən Yaxşı sulanan otlağa qalxdığı kimi Mən də Edomluları bir anda öz yurdundan qovacağam. Seçib ona rəhbər qoyacağım adam kimdir? Mənim kimisi varmı? Mənimlə dava edən, Mənim qabağımda duran bir çoban varmı?» Amma, ey insan, sən kimsən ki, Allahla mübahisəyə girişirsən? Məgər düzəldilən bir şey onu düzəldənə «Məni niyə bu cür yaratdın?» deyə bilər?
Выбор основного перевода