Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sənə yalvarıram, cavab vermirsən, Ayağa qalxmağıma göz qoyursan. Allaha ilahi oxuyun, ismini tərənnüm edin, Buludlar üstünə minənə yol açın. İsmi Rəbdir, hüzurunda fərəhiniz çağlasın. Çünki mən danışmağa başlayan kimi Fəryad edib «Zorakılıq və talan!» deyə qışqırıram. Rəbbin sözündən ötrü Mən bütün gün rüsvay oldum, Təhqir edildim. Ya Rəbb, nə vaxta qədər Səni imdada çağıracağam? Sənsə eşitmirsən. «Zorakılıq var!» deyə Sənə fəryad edirəm, Lakin bizi qurtarmırsan.
Выбор основного перевода