Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allah ədaləti azdırarmı? Külli-İxtiyar salehi əyri edərmi? Ayaqları onu tələyə aparacaq, Öz ayağı ilə tora düşəcək. Kəmənd topuğundan tutacaq, Tələ açılıb onu qapacaq. Torpaq üstə onun üçün gizli kəmənd səriləcək, Yolu üstə onu tələ gözləyəcək. «Haqqımı əlimdən alan var olan Allaha and olsun, Canımı dərdə salan Külli-İxtiyara and olsun, Məgər Allah pislik edir? Məgər Külli-İxtiyar haqsızlıq edir? İnsanın ədalətdən məhrum olmasını Xudavənd heç görmürmü? Onlar gedən zaman Mən onların başına torumu atacağam. Göydəki quşlar kimi Onları vurub yerə salacağam. İcmalarında bildirildiyi kimi Onları cəzalandıracağam.
Выбор основного перевода