Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Ey xalqlar, pis işlər görün və qırılın! Ey yer üzünün bütün uzaq ölkələri, eşidin! Döyüşə hazırlaşın və qırılın! Bəli, döyüşə hazırlaşın və qırılın! Birlikdə məsləhətləşin, o boşa çıxacaq. İstədiyiniz qədər danışın, heç bir söz gerçək olmayacaq, Çünki Allah bizimlədir. Sion qızı ilə döyüşə hazırlaşın! Qalxın, günorta çağı hücum edək! Vay halımıza! Gün tutqunlaşır, Axşam kölgələri uzanır. «Qalxan və sipər hazırlayıb Döyüşə girin! Atlarınızı yəhərləyin, Ayğırlarınıza minin, ey atlılar! Dəbilqə geyinib sıraya düzülün, Nizələrinizi itiləyib zireh geyinin! «Yer üzündə bayraq qaldırın! Millətlər arasında şeypur çalın! Millətləri Babilə qarşı döyüşə hazırlayın! Urartu, Minni və Aşkenaz padşahlıqlarını Ona qarşı toplayın. Ona qarşı bir sərkərdə təyin edin, Üstünə çəyirtkə sürüsü qədər atlar göndərin. Millətləri – Midiya padşahlarını, Valilərini və bütün vəkillərini, Başçılıqları altındakı bütün ölkələri Babilə qarşı döyüşə hazırlayın! Mən bütün millətləri Yerusəlimə qarşı müharibə etmək üçün toplayacağam. Şəhər ələ keçiriləcək, evlər qarət ediləcək, qadınlara təcavüz ediləcək. Şəhər əhalisinin yarısı sürgünə göndəriləcək, amma qalanların şəhərdən kökü kəsilməyəcək. O zaman Rəbb çıxıb müharibə günündə necə döyüşdüsə, eləcə o millətlərə qarşı döyüşəcək.
Выбор основного перевода