Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3
Параллельные места
Misir barədə xəbərdarlıq: Budur, Rəbb sürətlə gedən buludun üstünə minib Misirə gəlir. Misir bütləri Onun qarşısında titrəyir, Misirlilərin ürəkləri qorxudan əriyir. Rəbb deyir: «Mən Misirliləri Misirlilərə qarşı qaldıracağam, Qardaş qardaşla, qonşu qonşu ilə, Şəhər şəhərlə, ölkə ölkə ilə vuruşacaq. Misirlilərin ruhu qırılacaq, niyyətlərini boşa çıxaracağam. Onlar bütlərdən, ölü ruhlarından, cindarlardan, Ruhçağıranlardan məsləhət istəyəcək. Misirliləri qəddar bir sahibə təslim edəcəyəm, Qüvvətli padşah üzərlərində hökm sürəcək». Sahibimiz, Ordular Rəbbi belə bəyan edir. Nilin suları azalacaq, Çay çəkilib quruyacaq. Çaylar iylənəcək, Misirin arxları boşalıb quruyacaq, Qamışlar və qarğılar çürüyəcək. Nil kənarında, çayın qırağındakı qarğılar, Nil boyunca əkilmiş zəmilər quruyacaq, sovrulub yox olacaq. Balıqçılar, Nilə tilov atanların hamısı ağlayaraq yas tutacaq, Nilə tilov atanların hamısı ağlayacaq, Suya tor salanlar kədərlənəcək. İncə kətan üzərində işləyənlər, Ağ bez toxuyanlar ümidlərini itirəcək. Misirin sütunları qırılacaq, Bütün muzdlu işçilər ruhdan düşəcək. Soan şəhərinin başçıları necə də axmaqdır! Fironun hikmətli vəzirləri ağılsız məsləhətlər verir. Onlar firona necə: «Mən müdriklərin, Qədim padşahların nəslindənəm!» deyə bilər? Ey firon, sənin hikmətli vəzirlərin indi haradadır? Qoy sənə bildirsinlər Ordular Rəbbi Misirə qarşı nə hazırlayıb. Soan başçıları axmaq oldu, Nof rəisləri aldandı, Misir qəbilələrinin başçıları Misiri yoldan azdırdı. Rəbb onların ağlını çaşdırdı. Necə ki sərxoş adam öz qusduğunun ətrafında səndələyirsə, Misir də öz əməllərində belə dolaşır. Misirdə heç kim heç bir iş görə bilməyəcək: Nə baş, nə quyruq və nə xurma budağı, nə də qamış. O gün Misirlilər qadına bənzəyəcək, Ordular Rəbbinin onlara qarşı qalxan əlinin önündə titrəyib dəhşətə gələcək. Yəhuda torpağı Misirliləri dəhşətə gətirəcək. Ordular Rəbbinin Misirə qarşı hazırladığı niyyətə görə Yəhudanın adını eşidən hər kəs vəlvələyə düşəcək. Rəbb deyir: «Çünki qılıncım göylərdə doyub, Bax Edomun üzərinə, Məhv etməyə qərar verdiyim xalqın üzərinə enir». Qardaşın Yaquba etdiyin zorakılığa görə Sən xəcalət içində qalacaqsan, Əbədi məhv olacaqsan.
Выбор основного перевода