Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb sizi və nəslinizi dəhşətli bəlalara, böyük və sonsuz müsibətlərə, sağalmaz, ağır xəstəliklərə düçar edəcək. Ona görə Mən bir də bu xalq üçün Yeni möcüzə, ecazkar şeylər edəcəyəm, Müdriklərinin müdrikliyi məhv olacaq, Aqillərinin ağlı yox olacaq». Bəli, Ordular Rəbbi belə deyir: “Bax Mən onların üzərinə qılınc, aclıq və vəba göndərəcəyəm. Onları pisliyinə görə yeməyə yararsız olan əzik əncirə döndərəcəyəm. İndi sənin axırın çatdı. Qəzəbimi sənin üstünə göndərəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, bütün iyrənc işlərinin əvəzini başına gətirəcəyəm. Sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc işlərinin əvəzini alacaqsan. Onda biləcəksiniz ki, Rəbb Mənəm”. Tezliklə qızğınlığımı üstünə tökəcəyəm, sənə qarşı qəzəbimi bütünlüklə göstərəcəyəm, öz əməllərinə görə səni cəzalandıracaq, bütün iyrənc işlərinin əvəzini başına gətirəcəyəm. Yalnız günah işlədən adam öləcək. Oğul atanın təqsirinin məsuliyyətini daşımaz, ata da oğulun təqsirinin məsuliyyətini daşımaz. Saleh adam salehliyinin, pis adam isə pisliyinin əvəzini alacaq. Bütün dəniz ölkələrinin rəhbərləri taxtlarından enəcək, libaslarını çıxaracaq, əlvan naxışlı paltarlarını soyunacaq, dəhşətə bürünəcək, yerə oturacaq, hər an titrəyəcək və sənin taleyindən heyrətə düşəcək.
Выбор основного перевода