Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sənə könüllü qurban kəsəcəyəm, Ya Rəbb, gözəl isminə şükür edəcəyəm! Buna görə Divon xalqı ağlamaq üçün məbədə, Səcdəgahlara çıxdı. Moav xalqı Nevo və Medva üçün fəryad edir. Yas tutmaq üçün hamı saçını kəsdi, Saqqalını qırxdı. Çula bürünərək küçələrdə, Damlarda, meydanlarda hər kəs fəryad edir, Göz yaşları sel kimi axır. Hər kəs saçını, saqqalını kəsəcək, əlini yaralayacaq, belinə çul sarıyacaq. Sənin üçün saçlarını ülgüclə qırxacaqlar, Çula bürünəcəklər. Sənin üçün acı-acı ağlayıb Yas tutacaqlar. Bayramlarınızı yasa döndərəcəyəm, Bütün mahnılarınızı mərsiyəyə çevirəcəyəm. Hər kəsin belinə çul büründürəcəyəm, Hər başın saçını qırxdıracağam. Yeganə oğula yas tutulan kimi O günü sona qədər acı edəcəyəm”.
Выбор основного перевода