Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Amma mənim ayaqlarım az qala büdrəmişdi, Addımlarım məni yıxmışdı. Pislərin firavanlığını görərkən Bu məğrurlara həsəd aparırdım. Ölənədək onların ağrıları yoxdur, Vücudları ətə-cana gəlib. Onlar başqaları kimi dərdə düşməzlər, Əzab çəkməzlər. Çünki təkəbbür onlar üçün boyunbağı kimidir, Zorakılıq libas kimi əyinlərini örtür. Köklükdən gözləri dombalıb çıxır, Qəlblərinin pis məqsədləri aşıb-daşır. Pis niyyətli sözləri ilə insanlara istehza edirlər, Onlara yuxarıdan baxıb hədə-qorxu gəlirlər. Ölkəniz viran qaldı, Şəhərləriniz alışıb-yandı, Yadellilər gözünüzün önündəcə torpağınızı yeyib-dağıtdı. Torpağınız kimsəsiz qalıb, Sanki yad adamlar oranı talayıb. Evləri, tarlaları və arvadları da Başqalarına qalacaq. Çünki əlimi ölkədə yaşayanlara qarşı uzadacağam» Rəbb belə bəyan edir. Onun gücünü özgələr yedi, O isə bilmir, Saçına dən düşüb, O isə bilmir.
Выбор основного перевода