Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Mənə ildə üç dəfə bayram edin: Mayasız Çörək bayramını qeyd edin. Mən sizə əmr etdiyim kimi Aviv ayında təyin olunmuş vaxt yeddi gün mayasız çörək yeyin. Çünki Misirdən o ayda çıxdınız. Heç kəs önümə əliboş gəlməsin. Tarladakı əkinin nübarı ilə Biçin bayramını qeyd edin. İlin sonunda işinin bütün məhsulunu tarladan yığıb Yığım bayramını qeyd edin. İldə üç dəfə sizin bütün kişiləriniz Sahibləri Rəbbin hüzuruna gəlsinlər. Bütün kişiləriniz ildə üç dəfə Mayasız Çörək bayramında, Həftələr bayramında, Çardaqlar bayramında Allahınız Rəbbin hüzurunda olmaq üçün Onun seçəcəyi yerə getsin. Rəbbin hüzuruna heç kim əliboş getməsin. O adam bayır həyətin şimala baxan darvazasının uzunluğunu və enini ölçdü. Buranın hər iki tərəfində üç-üç keşikçi otağı var idi. Bölmə divarları və eyvanları birinci darvazanın ölçüsünə bərabər idi: uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi. Pəncərələrin, eyvanın və xurma ağacı təsvirlərinin ölçüsü şərqə baxan darvazanın ölçüsünə bərabər idi. Oraya yeddi pilləkənlə çıxırdılar, bunların qarşısında eyvan var idi. Şərq darvazasında olduğu kimi şimal darvazasına da baxan bir içəri həyət darvazası var idi. O adam bu iki darvaza arasındakı məsafəni ölçdü: yüz qulac idi. O adam məni cənuba doğru apardı. Orada cənuba baxan bir darvaza gördüm. O, darvazanın yan taxtalarını və eyvanı ölçdü: ölçüləri o birilərinin ölçülərinə bərabər idi. O birilərində olduğu kimi bu darvaza ilə eyvanın hər tərəfində də pəncərələr var idi. Eyvanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi. Oraya yeddi pilləkənlə çıxırdılar. Bunların qarşısında eyvan var idi. Darvazanın yan taxtaları hər iki tərəfdən bir xurma ağacı təsviri ilə bəzənmişdi. İçəri həyətin cənuba baxan bir darvazası var idi. O adam bu içəri darvazadan cənuba baxan darvazaya qədər olan məsafəni ölçdü: yüz qulac idi. O adam məni cənub darvazasından içəri həyətə apardı. Cənub darvazasını ölçdü: ölçüləri o birilərinin ölçülərinə bərabər idi. Keşikçi otaqlarının, bölmə divarlarının və eyvanın ölçüləri o birilərinin ölçülərinə bərabər idi. Darvaza ilə eyvanın hər tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi. Hər tərəfdə uzunluğu iyirmi beş qulac, eni beş qulac olan eyvanlar var idi. Eyvanı bayır həyətə baxırdı. Darvazanın yan taxtaları xurma ağacı təsvirləri ilə bəzənmişdi. Oraya səkkiz pilləkənlə çıxırdılar. O adam məni şərqdəki içəri həyətə apardı. Oradakı darvazanı ölçdü. Ölçüsü o birilərinin ölçüsünə bərabər idi. Keşikçi otaqlarının, bölmə divarlarının və eyvanının ölçüsü o birilərinin ölçüsünə bərabər idi. Darvaza ilə eyvanının hər tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi. Eyvanı bayır həyətə baxırdı. Darvazanın yan taxtaları iki tərəfdən xurma ağacı təsvirləri ilə bəzənmişdi. Oraya səkkiz pilləkənlə çıxırdılar. Sonra o adam məni şimal darvazasının yanına apardı. O, qapını ölçdü: ölçüsü o birilərinin ölçüsünə bərabər idi. Keşikçi otaqlarının, bölmə divarlarının və eyvanının ölçüsü o birilərinin ölçüsünə bərabər idi. Darvazanın hər tərəfində pəncərələr var idi. Darvazanın uzunluğu əlli qulac, eni iyirmi beş qulac idi. Yan taxtaları bayır həyətə baxırdı. Darvazanın yan taxtaları hər iki tərəfdən xurma ağacı təsvirləri ilə bəzənmişdi. Oraya səkkiz pilləkənlə çıxırdılar. İçəri həyətin darvazalarındakı eyvanların yanında qapısı eyvana açılan bir otaq var idi. Yandırma qurbanları burada yuyulurdu. Darvaza eyvanının hər iki tərəfində iki sıra qoşa masa var idi. Yandırma qurbanı, günah qurbanı və təqsir qurbanı olacaq heyvanlar bu masaların üstündə kəsilirdi. Eyvanın bayır divarının yanında, şimal darvazasının pilləkənlərinin hər iki tərəfində iki sıra qoşa masa da var idi. Beləcə qurbanlıq heyvanları kəsmək üçün darvazanın hər iki tərəfində dörd-dörd olmaqla səkkiz masa var idi. Yandırma qurbanları üçün yonulmuş daşdan dörd masa var idi. Hər masanın uzunluğu və eni bir yarım qulac, hündürlüyü bir qulac idi. Yandırma qurbanlarının və başqa qurbanların kəsilməsində istifadə olunan alətləri bunların üstünə qoyurdular. Otağın divarlarına qarmaqlar asılmışdı: hər biri bir ovuc uzunluğunda idi. Masalar təqdim edilən heyvanın əti üçün nəzərdə tutulmuşdu.
Выбор основного перевода