Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İçəri həyətin darvazalarındakı eyvanların yanında qapısı eyvana açılan bir otaq var idi. Yandırma qurbanları burada yuyulurdu. Darvaza eyvanının hər iki tərəfində iki sıra qoşa masa var idi. Yandırma qurbanı, günah qurbanı və təqsir qurbanı olacaq heyvanlar bu masaların üstündə kəsilirdi. Rəbb mənə dedi: «Bu darvaza bağlı qalacaq, açılmayacaq, heç kəs oradan içəri girməyəcək, çünki İsrailin Allahı Rəbb oradan içəri girmişdir, buna görə də bağlı qalacaq. Yalnız rəhbər rəhbərliyinə görə Rəbbin önündə çörək yemək üçün orada oturacaq. Darvaza eyvanı yolundan girib, o yoldan da çıxacaq». Xudavənd Rəbb belə deyir: “Ey İsrail rəhbərləri, artıq bəsdir! Zorakılıqdan və ziyankarlıqdan əl çəkin, ədalətli və saleh əməllər edin. Xalqımı öz torpaqlarından qovmayın” Xudavənd Rəbb belə bəyan edir. Kahin günah qurbanının qanından götürüb məbədin darvazasının yan taxtalarına, qurbangahın üst çıxıntısının dörd küncünə, içəri həyətin darvazasının yan taxtalarına sürtsün. O gün rəhbər özü və bütün ölkə xalqı üçün günah qurbanı olaraq bir buğa hazırlasın. Rəhbər içəri girəcəyi zaman darvaza eyvanından girsin, həmin yolla da bayıra çıxsın. Rəhbər Rəbbə könüllü olaraq verdiyi yandırma qurbanı yaxud ünsiyyət qurbanları təqdim edəcəyi zaman şərqə baxan darvaza onun üzünə açılsın. Yandırma qurbanı yaxud ünsiyyət qurbanlarını Şənbə günü qurban gətirdiyi kimi təmin etsin, sonra bayıra çıxsın. O çıxdıqdan sonra darvaza bağlansın.
Выбор основного перевода