Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Navot Axava dedi: «Qoy atalarımın mirasını sənə verməyi Rəbb məndən uzaq etsin!» Arvadı İzevel ona dedi: «İndi İsrail üzərində padşahlıq edən sənsən ya yox? Qalx yemək ye, ürəyini sıxma. İzreelli Navotun üzüm bağını mən sənə verərəm». Yağdan yeyir, yundan paltar geyir, bəslənmiş qoyun-keçini kəsirsiniz, ancaq sürünün qayğısına qalmırsınız. Zəiflərə qüvvət vermədiniz, xəstə olanı sağaltmadınız, yaralanana sarğı qoymadınız, azanı geri qaytarmadınız, itəni axtarmadınız. Ancaq zor və qəddarlıqla onlara ağalıq etdiniz. Onlar da çoban olmadığı üçün dağılışdı və vəhşi heyvanlara yem oldu. Mənim sürüm bütün dağları və yüksək təpələri avara dolaşdı. Onlar bütün yer üzünə dağılışdı. Bir soruşan, bir axtaran yox”. Siz bütün zəif qoyunları böyrünüzlə və çiyninizlə itələyir, kənara çıxarmaq üçün buynuzlarınızla vurursunuz. Bu torpaq İsrail rəhbərinin payı olacaq. Bundan sonra rəhbərlərim xalqıma bir daha zülm etməyəcək, ancaq ölkəni qəbilələrinə görə İsrail nəslinə verəcək”. Xudavənd Rəbb belə deyir: “Ey İsrail rəhbərləri, artıq bəsdir! Zorakılıqdan və ziyankarlıqdan əl çəkin, ədalətli və saleh əməllər edin. Xalqımı öz torpaqlarından qovmayın” Xudavənd Rəbb belə bəyan edir. Yatağında şər niyyətdə olanların, Yamanlıq üçün qəsd quranların vay halına! Onların gücü buna çatdığına görə Ona səhər tezdən əməl edirlər! Tarlalara tamah salıb mənimsəyirlər, Evlərə göz dikib sahib dururlar. Ev sahibi ilə ailəsinə zülm edirlər, Adamları mirasından məhrum edirlər!
Выбор основного перевода