Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb bəyan edir: «Adım naminə and içirəm ki, Bosra xarabalığa çevriləcək, dəhşət, rüsvayçılıq, viranəlik və lənətə düçar olacaq. Bütün şəhərləri əbədi olaraq viran qalacaq. Aranızda öldürülənlər yerə səriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm. Ölkənizdə adamların və heyvanların sayını çoxaldacağam, törəyib çoxalacaqlar. Keçmişdə olduğu kimi ölkənizi insanlarla məskunlaşdıracaq və sizə əvvəlkindən də artıq yaxşılıq edəcəyəm. Onda biləcəksiniz ki, Rəbb Mənəm. Esava isə nifrət etdim. Onun dağlarını viran etdim, mirasını çöl çaqqallarına verdim». Edomlular deyir: «Biz əzildik, amma yenidən xarabalıqları bərpa edəcəyik». Ancaq Ordular Rəbbi belə deyir: «Qoy onlar qursun, amma Mən yıxacağam. Onların ölkəsi pislik ölkəsi, özləri isə həmişə Rəbbin qəzəbləndiyi xalq olaraq tanınacaq». Siz bunu gözlərinizlə görəndə «Rəbb İsrail sərhədlərindən kənarda da əzəmətlidir!» deyəcəksiniz.
Выбор основного перевода