Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Misirlilər Allah deyil, insandır, Atları da ətdəndir, ruhdan deyil. Rəbb Öz əlini uzadanda Yardım edən büdrəyəcək, Yardım alan yıxılacaq, Hamısı birlikdə məhv olacaq. Mən sizin üzərinizə Gözətçilər qoyub dedim: “Şeypur səsinə qulaq asın!” Ancaq siz “qulaq asmayacağıq” dediniz. Rəbb bəyan edir: “Sən Məni rədd etdin, Geri çəkildin. Mən də əlimi uzadıb səni məhv edirəm. Daha bağışlamaqdan yoruldum. «Edom dəhşət hədəfi olacaq, Oradan keçən hər kəs Bütün yaralarından ötrü Heyrət içində ona fit çalacaq». Sən İsrail torpağına söylə ki, Rəbb belə deyir: “Budur, Mən sənin əleyhinəyəm. Qılıncımı qınından çıxararaq sənin içində olan salehi də, pis adamı da qırıb-çatacağam. Buna görə də Xudavənd Rəbb belə deyir: “Edom torpağına əlimi uzadıb insanı da, heyvanı da oradan silib-atacaq, ölkəni viran edəcəyəm. Temandan Dedana qədər Edomlular qılıncla vurulub həlak olacaq. Ölkəni xaraba və sakinsiz qoyacağam. Qürurlandıqları qüdrət heç olacaq. İsrail dağları sakinsiz qalacaq, oradan kimsə keçməyəcək. Mən Seir dağını sakinsiz bir yerə və xarabalığa çevirəcəyəm. Oraya gedib-gələnin ayağını kəsəcəyəm.
Выбор основного перевода