Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Odur böyük işıqları yaradan, Çünki məhəbbəti əbədidir! «Sən ey bəşər oğlu, Xudavənd Rəbb İsrail torpağına belə deyir: “Axırı çatdı, ölkənin dörd tərəfinin axırı çatdı. Sən ey murdar və pis olan İsrail rəhbəri, günün çatdı, nəhayət, cəza vaxtın gəldi”. Elə bir zamanda ki Sənə boş görüntülər görünür, Sənə yalan falçılıq açırlar. Ölməli olan pis adamların Boyunlarına enəcəksən, ey qılınc! Bu adamların günü çatdı, Nəhayət, cəza vaxtı gəldi. Xudavənd Rəbb belə deyir: “Edom qisas alaraq Yəhuda nəsli ilə pis rəftar etdi, onlardan intiqam alaraq böyük təqsir etdi”. Rəbb belə deyir: “Edomluların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar mərhəmət hissini qılıncla boğub qardaş xalqı qovdular, Heç vaxt azğınlıqlarının qarşısını almadılar və yırtıcılıq etdilər. Qardaşın Yaquba etdiyin zorakılığa görə Sən xəcalət içində qalacaqsan, Əbədi məhv olacaqsan.
Выбор основного перевода