Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
qəbirə enənlərlə birgə qədim zamanlarda yaşayanların yanına endirəcəyəm. Sənin üçün qəbirə enənlərlə birgə qədim xarabalıqlar kimi yer üzünün dərinliklərində məskən quracağam ki, bir daha qayıtmayasan və Mən sənə dirilər arasında izzət verməyim. Avarçəkənlərin səni açıq dənizlərə çıxartdı, Ancaq şərq yeli dənizin qoynunda səni parçaladı. Gəmin qəzaya uğradığı gün Var-dövlətin, malların, ticarət şeylərin, Gəmiçilərin, sükançıların, Təmirçilərin, ticarət şəriklərin, Döyüşçülərin – içində olan bütün camaat Dənizin dərinliklərinə batacaq. İndi isə dənizdə, suların dərinliyində Xarabalığa çevrildiyin zaman Mal-dövlətin və bütün camaatın Səninlə birlikdə batdı. Qəbirə enənlərlə birgə onu ölülər diyarına endirdiyim zaman dağılmasının gurultusundan millətləri lərzəyə saldım. O zaman Eden bağındakı bütün ağaclar, Livanın ən seçilmiş, ən yaxşı və bol sulanan ağacları yerin dərinliklərində təsəlli tapdı. Eden ağaclarından hansı izzət və əzəmətdə səninlə müqayisə edilə bilər? Ancaq sən Eden ağacları ilə birgə yerin dərinliklərinə endiriləcək, qılıncla öldürülənlərlə birgə sünnətsizlərin arasında yatacaqsan. Fironun və onun camaatının aqibəti belə olacaq” Xudavənd Rəbb belə bəyan edir». Bütün şimal ölkələrinin başçıları, bütün Sidonlular oradadır. Gücləri ilə qorxu saldıqları halda öldürülənlərlə birgə rüsvayçılıq içində yerin altına endilər. Sünnətsiz halda qılıncla öldürülənlərlə birgə xəcalət içində qəbirə enənlərin yanına uzandılar.
Выбор основного перевода