Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allahınız Rəbb Mənəm. Özünüzü təqdis edin və müqəddəs olun, çünki Mən müqəddəsəm; özünüzü yerdə sürünən heç bir qaynaşan heyvanla murdar etməyin. Millətlər üçün bayraq qaldıracaq, Əsir düşmüş İsrail övladlarını yığacaq, Dağılmış Yəhudalıları Dünyanın dörd bucağından bir yerə gətirəcək. amma “İsrail nəslindən törəyənləri şimal ölkəsindən və sürgün etdiyi bütün başqa ölkələrdən geri qaytaran Rəbbin varlığına and olsun” deyəcək. Beləcə öz torpaqlarında yaşayacaqlar». Ancaq Babil padşahının boyunduruğuna girən və ona qulluq edən milləti öz torpağında saxlayacağam. Torpağı əkib orada yaşayacaqlar” Rəbb belə bəyan edir». “Onları qızğın qəzəb və böyük hiddətlə sürgün etdiyim bütün ölkələrdən toplayacağam. Onları buraya qaytarıb əmin-amanlıq içində yaşamalarını təmin edəcəyəm. Buna görə də söylə ki, Xudavənd Rəbb belə deyir: “Sizi xalqlar arasından toplayacağam, səpələndiyiniz ölkələrdən yığıb bir yerə gətirəcəyəm, İsrail torpağını sizə verəcəyəm. Sizin arasında çıxardığım və səpələndiyiniz ölkələrdən topladığım zaman ətirli təqdim kimi sizdən razı qalacağam. Millətlərin gözü önündə sizin aranızda müqəddəs tutulacağam. Qulum Yaquba verdiyim, atalarının yaşadıqları ölkədə yaşayacaqlar, özləri, oğulları və nəvələri əbədi olaraq orada yaşayacaq. Qulum Davud da əbədi olaraq onların rəhbəri olacaq.
Выбор основного перевода