Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Onlar evlər tikib orada məskunlaşacaq, Üzüm bağları salacaq, bəhrələrindən yeyəcək. «Onun dövründə Yəhuda xilas olacaq, İsrail əmin-amanlıqda yaşayacaq. Onu “Rəbb salehliyimizdir” çağıracaqlar». Rəbb bəyan edir: “Budur, elə günlər gələcək ki, Kotan sürən biçinçiyə yetişəcək, Üzüm sıxan meynə əkənlə rastlaşacaq, Dağlardan şirin şərab damacaq, Bütün təpələrdən də axacaq. Xalqım İsraili əsirlikdən qaytaracağam, Viran şəhərləri tikib məskən salacaqlar. Üzümlüklər əkib şərabını içəcəklər, Bağlar salıb meyvəsindən yeyəcəklər.
Выбор основного перевода