Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir. İsrail övladlarından ya da aralarında yaşayan yadellilərdən yeyilə bilən heyvan yaxud quş ovlayan insan onun qanını yerə axıdıb torpaqla örtsün. Qanını isə yeməyin, su kimi yerə tökün. Bunları eşitmişik, bilirik, Bizə atalarımız nəql edib. Çünki onlar xəyanət etdi və əlləri qana batıb. Onlar bütlərə səcdə edib xəyanət etdi. Hətta Mənim üçün doğduqları oğullarını bütlərə yemək olmaq üçün təqdim etdilər. Amma saleh adamlar zina edən qadına verilən cəzanı, qan tökən qadına verilən cəzanı onlara verəcək, çünki bu qadınlar zina edib və əlləri qana batıb. Onlar Surun divarlarını dağıdacaq və qüllələrini uçuracaq. Töküntülərini silib-süpürəcək, onu çılpaq bir qayaya çevirəcəyəm.
Выбор основного перевода