Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ordular Rəbbi bunu mənə açdı: «Bu günah sizə ölənə qədər əsla bağışlanmaz!» Ordular Rəbbi Xudavənd belə buyurur. Hamısı inadkar dönükdür, Böhtançılar kimi dolaşan adamlardır. Tunc və dəmir kimi sərtdirlər, Hamısı pozğun olub. Körük basılır, Atəşində qurğuşun əriyir. Ancaq dəmirçi nahaq yerə əridir, Çünki pislər ayrılmır. Onlara isə “atılmış gümüş” deyəcəklər, Çünki Rəbb onları atdı». Beləcə hədsiz qəzəbimi göstərəcəyəm, onların üzərində qızğınlığımı söndürüb sakitləşəcəyəm. Onlara hədsiz qəzəbimi göstərəndə biləcəklər ki, Mən Rəbb qısqanclıqdan onlara belə söylədim. Buna görə Mən də qəzəblə rəftar edəcəyəm, onlara yazığım gəlməyəcək və rəhm etməyəcəyəm. Məni ucadan çağırsalar da, onlara qulaq asmayacağam». Beləcə sənin üzərində qəzəbimi yatırdacağam, qısqanclığımı söndürəcəyəm. Mən susacağam və bir daha qəzəblənməyəcəyəm. «Ey bəşər oğlu, ona söylə: “Sən qəzəb günündə təmizlənməmiş, üstünə yağış yağmamış bir torpaqsan.
Выбор основного перевода