Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki hamınız metal tullantısı kimi oldunuz, Mən sizi Yerusəlimə yığacağam. Əritmək üçün odu üfürüb gümüşü, tuncu, dəmiri, qurğuşunu və qalayı necə sobada toplayırlarsa, Mən də eləcə sizi qəzəb və hiddətimlə toplayacağam, sizi şəhərə qoyub əridəcəyəm. Sizi toplayıb qəzəbimin odunu üstünüzə üfürəcəyəm və şəhərin içində əriyəcəksiniz. Soba içində gümüş necə əridilirsə, siz də şəhərin içində əriyəcəksiniz. Onda biləcəksiniz ki, üstünüzə qəzəbimi tökən Mən Rəbbəm”». Siz ki yaxşıya nifrət edirsiniz, Pisliyi sevirsiniz, Xalqımın dərisini soyursunuz, Ətini sümüklərindən qoparırsınız, Siz xalqımın ətini yeyirsiniz, Dərisini soyursunuz, sümüyünü qırırsınız. Sanki qazanda, tavada bişirilən ət kimi Xalqımı doğrayırsınız.
Выбор основного перевода