Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Daha bundan sonra İsrail nəslinin arasında heç bir boş görüntü və aldadıcı falçılıq olmayacaq. Onlar boş şeylər görərək falçılıq edib yalan danışır. Söyləyirlər ki, bunu Rəbb bəyan edir, Rəbb isə onları göndərməyib. Yenə də ümid verirlər ki, sözləri yerinə yetəcək. “Mən boş şeylər görən və falçılıq edib yalan danışan peyğəmbərləri Öz əlimlə cəzalandıracağam. Onlar Mənim xalqımın məclisində olmayacaq, İsrail nəslinin siyahısına yazılmayacaq və İsrail torpağına girməyəcək. Onda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm. Mən üzümü həmin adama qarşı çevirəcəyəm, onu ibrət və kinayə hədəfi edəcəyəm, xalqımın arasından silib atacağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm. Xudavənd Rəbb belə deyir: ‹Mən bu çobanların əleyhinəyəm. Sürüm üçün hesab vermələrini tələb edəcəyəm. Sürünü otarmaq işini bir daha onlara həvalə etməyəcəyəm. Artıq çobanlar özlərini bəsləməyəcək. Sürümü onların dişlərindən qurtaracağam, bir daha onlara yem olmayacaqlar›”. Buna görə sizə görüntüsüz gecə gələcək, Qaranlıqda falçılıq edə bilməyəcəksiniz. Peyğəmbərlər üçün günəş batacaq, Gündüz onlar üçün zülmət olacaq.
Выбор основного перевода