Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Şərə haqq vermək, salehi məhkum etmək – Hər ikisi Rəbdə ikrah yaradır. Tərəfkeşlik yaxşı deyil, Kişi bir loğma çörək üçün günah işlədə bilər. Yerusəlim peyğəmbərləri arasında Bu qorxunc işi gördüm: Zina edirlər, Yalan dalınca gedirlər. Zorakıların qoluna güc verirlər. Beləcə heç kəs pisliyindən dönmür. Hamısı Mənim üçün Sodom kimi, Şəhər xalqı Homorra kimi oldu». Onlar Mənə xor baxanlara deyir: “Rəbb söylədi ki, sizin üçün Əmin-amanlıq olacaq”. İnadkarlıqla ürəklərinin istədiyinə uyanlara deyirlər: “Üstünüzə fəlakət gəlməyəcək”. Xudavənd Rəbb belə deyir: “Siz ey İsrail nəsli, gedin hər biriniz öz bütlərinizə qulluq edin. Ancaq bundan sonra Mənə qulaq asacaq, hədiyyələriniz və bütlərinizlə bir daha müqəddəs adımı ləkələməyəcəksiniz”. Xalqını azdıran peyğəmbərlərə qarşı Rəbb belə deyir: «Yeməyiniz olanda Sülh bəyan edirsiniz. Sizə çörək verməyənlərə isə Dava elan edirsiniz». Peyğəmbərləri məsuliyyətsiz, xain adamlardır, Kahinləri müqəddəs olanı murdarlayıb, Qanunun mənasını pozur. Allahın sizə həvalə etdiyi sürüsünü otarın. Ona zorla yox, könüllü və Allahı razı salan tərzdə, haqsız qazanca həris olmadan, həvəslə nəzarət edin.
Выбор основного перевода