Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yerusəlim peyğəmbərləri arasında Bu qorxunc işi gördüm: Zina edirlər, Yalan dalınca gedirlər. Zorakıların qoluna güc verirlər. Beləcə heç kəs pisliyindən dönmür. Hamısı Mənim üçün Sodom kimi, Şəhər xalqı Homorra kimi oldu». Pis adam etdiyi bütün günahlardan dönərsə, bütün qaydalarıma riayət edib ədalətli və saleh işlər görərsə, əlbəttə, ölməyib yaşayacaq. Pis adama ‹əlbəttə, öləcəksən› dediyim zaman günahından dönüb ədalətli və saleh işlər görərsə – girovunu geri verərsə, soyğunçuluqla aldığını geri qaytararsa, pislik etmədən həyatverici qaydalara görə rəftar edərsə, əlbəttə, ölməyib yaşayacaq. Bu adamın etdiyi günahlardan heç biri onun əleyhinə yada salınmayacaq. Ədalətli və saleh əməl etdiyi üçün, əlbəttə, yaşayacaq”. Çünki cinayətlərinizin çox, Günahlarınızın ağır olduğunu bilirəm. Ey salehi incidənlər, rüşvət alanlar, Möhtacların haqqını tapdalayanlar!
Выбор основного перевода