Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
şəhərlərinizi xaraba qoyacağam, Müqəddəs məkanlarınızı viranəliyə döndərib xoş ətirlərinizi qəbul etməyəcəyəm. Sizi isə millətlər arasına səpələyəcəyəm və arxanızca qılıncla düşəcəyəm. Torpağınız viranəliyə, şəhərləriniz xarabalığa dönəcək. Ölkəniz viran qaldı, Şəhərləriniz alışıb-yandı, Yadellilər gözünüzün önündəcə torpağınızı yeyib-dağıtdı. Torpağınız kimsəsiz qalıb, Sanki yad adamlar oranı talayıb. Təzə şərab qurtarır, meynələr solur, Nə vaxtsa fərəhlənən adamlar kədərlənir. Dəflərin şən səsi kəsilib, Sevinc nidası eşidilmir, Liraların avazı gəlmir. Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax bu yerdə sizin günlərinizdə gözlərinizin önündə sevinc və şadlıq sədasını, bəy-gəlin səsini yox edəcəyəm”. Oxuduğun nəğmələrin səsinə son qoyacağam. Liralarının sədası artıq eşidilməyəcək. Onda olan bütün şadlıqlara, Bayramlara, Təzə Ay mərasimlərinə, Şənbə günlərinə və bütün təntənələrə son qoyacağam. Çəng çalanların, müğənnilərin, Tütək və şeypur çalanların səsi Artıq səndən gəlməyəcək. Hər cür sənətlə məşğul olan sənətkar Artıq səndə olmayacaq. Dəyirman səsi də Artıq səndən gəlməyəcək. Çıraq işığı Artıq səndə görünməyəcək. Bəy-gəlin sədası Artıq səndən gəlməyəcək. Çünki sənin tacirlərin Yer üzünün böyük adamları idi, Bütün millətlər Sənin sehrbazlığınla aldanmışdı.
Выбор основного перевода