Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yad allahlarla Allahı qısqandırdılar, İyrənc əməllərlə Onu qəzəbləndirdilər. Məni Allah olmayanlarla qısqandırdılar, Boş bütləri ilə qəzəbləndirdilər. Mən də onları xalq olmayanlarla qısqandıracağam, Axmaq bir millətlə qəzəbləndirəcəyəm. Səndən əvvəl olanların hamısından çox pislik etdin. Məni qəzəbləndirmək üçün gedib özünə başqa allahlar, tökmə bütlər düzəltdin və Məni kənara atdın. Səni əkən Ordular Rəbbi başına fəlakət gətirməyə qərar verdi. Çünki İsrail və Yəhuda nəsli pislik etdi, Baal bütlərinə buxur yandırmaqla Məni qəzəbləndirdi».
Выбор основного перевода