Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«Əgər siz Allahınız Rəbbin səsinə qulaq asıb Onun gözündə doğru olsanız, Onun əmrlərini dinləyib bütün qanunlarına riayət etsəniz, Misirlilərə verdiyim xəstəliklərin heç birini sizə verməyəcəyəm. Çünki sizə şəfa verən Rəbb Mənəm». İndi isə əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız. Bütün yer üzü Mənimdir; Mən həm də aranızda yaşayıb sizin Allahınız olacağam, siz isə Mənim xalqım olacaqsınız. Bütünlüklə Allahınız Rəbbin sizə əmr etdiyi yolda gəzin. Onda sağ qalarsınız, xoş güzəranınız olar və mülk olaraq alacağınız torpaqda uzun ömür sürərsiniz. Dinlə, ey İsrail! Bunlara diqqətlə əməl et ki, atalarının Allahı Rəbbin sənə söz verdiyi kimi süd və bal axan torpaqda xoş güzəran görərək çoxalıb artasan. Bu əhd barəsində Mən atalarınızı Misir torpağından, dəmir əridən sobanın içindən çıxardığım vaxt əmr edib dedim: ‹Mənim sözümə qulaq asın, sizə əmr etdiyim hər şeyi edin. Onda siz Mənim xalqım, Mən də sizin Allahınız olacağam. Bəli, Mən atalarınıza onları Misir torpağından çıxardığım gündən indiyə qədər ciddi xəbərdarlıq etdim. Onlara dəfələrlə xəbərdarlıq edib dedim: “Mənim sözümə qulaq asın”.
Выбор основного перевода