Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İsrail xalqı Şittimdə yaşayarkən kişiləri Moav qızları ilə zina etməyə başladı. Bu qadınlar allahlarına qurban kəsəndə İsrail xalqını da dəvət edirdilər. İsrail xalqı qurban ətindən yedi və onların allahlarına səcdə etdi. İsrail övladları Peordakı Baal bütünə səcdə edənlərə qoşuldular və Rəbbin qəzəbi İsraillilərə qarşı alovlandı. Lakin Yeşurun kökələrkən təpik atdı, Doyarkən, yoğunlaşıb piyləşərkən Onu yaradan Allahı tərk etdi, Xilaskarını, Qayasını rədd etdi. Məni Allah olmayanlarla qısqandırdılar, Boş bütləri ilə qəzəbləndirdilər. Mən də onları xalq olmayanlarla qısqandıracağam, Axmaq bir millətlə qəzəbləndirəcəyəm. Sizinlə qalan bu millətlərə qarışmayın, allahlarının adını çəkməyin, onlara and içməyin, onlara qulluq etməyin, onlara səcdə qılmayın. Siz oğurluq edirsiniz, adam öldürürsünüz, zina edirsiniz, yalandan and içirsiniz, Baal bütlərinə buxur yandırır, tanımadığınız başqa allahların tərəfdarı olursunuz. Kaş ki kimsə mənə səhrada Səyyahların sığınacağını verəydi! Mən xalqımı tərk edib Onlardan uzaqlaşardım. Çünki onların hamısı Zinakar və xain yığınıdır. Çünki ölkə zinakarlarla doludur, Lənətə görə yas tutur. Çöldəki otlaqlar quruyub, Adamlar pis yola düşüb. Güclərini zorakılığa sərf edirlər. Onları bəslədiyimə görə doydular, Doyandan sonra onların ürəyi qürurlandı, Buna görə də Məni unutdular. Damlarda göy cisimlərinə səcdə edənləri, Həm Rəbbin adına, həm də Milkom bütü adına And içib səcdə edənləri, Əvvəllər Allahı tanımadığınız vaxt təbiətcə allah olmayanların kölələri idiniz.
Выбор основного перевода