Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Siz nə üçün yenə döyüləsiniz, Niyə üsyan etməkdə davam edirsiniz? Xoralar başınızı tamamilə bürüyüb, Ürəyiniz azara düşüb. Amma xalq onu cəzalandıran Rəbbə tərəf dönmədi, Ordular Rəbbini axtarmadı. Bilirdim inadkar olduğunuzu, Dəmir boyunlusunuz, tunc alınlısınız. “Övladlarınızı nahaq yerə cəzalandırdım, Çünki onlar ibrət götürmədilər. Öz qılıncınız qırıb-çatan aslan kimi Peyğəmbərlərinizi tələf etdi”. Amma Məni eşitmədilər, qulaq asmadılar, inadkarlıq etdilər, atalarından da pis işlər gördülər. Sən onlara söylə: “Bu həmin xalqdır ki, öz Allahı Rəbbin sözünə qulaq asmır və cəzadan ibrət almır. Onlarda həqiqət yox oldu, həqiqətdən heç danışmırlar. «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Mən bu şəhər barədə söylədiyim bütün fəlakətləri onun və ətrafında olan kəndlərin üzərinə gətirəcəyəm, çünki inadkarlıq edərək sözlərimə qulaq asmırlar”». Söz dinləmədi, ibrət dərsi almadı, Rəbbə güvənmədi, Allahına yaxınlaşmadı.
Выбор основного перевода