Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Suların üstünə bir sərhəd çəkir, İşıqla qaranlığı bölür. Dəniz bətndən çıxıb fışqırarkən Onu qapılar arasında kim bağladı? Ona buludları libas, Qatı qaranlıqları qundaq etdim. Onun sərhədini çəkdim, Qapı və cəftələrini qoydum. O vaxt dedim: “Buraya qədər gəlib o tərəfə çıxmayacaqsan, Qürurlu dalğaların burada dursun”. Həqiqət, itaətkarlıq və salehlik naminə Döyüş arabasına qalx, Əzəmətinlə uğur qazan. Qoy sağ əlindən möhtəşəm işlər gəlsin. Həmişə töhmətləndirməz, Qəzəbi sonsuza qədər sürməz. Səni öz pisliyin cəzalandıracaq, Dönüklüyün töhmətini alacaqsan. Sən də görüb bil ki, Allahın Rəbbi atmağın, Məndən qorxmamağın pis və acı şeydir” Ordular Rəbbi Xudavənd belə bəyan edir. Ey millətlərin Padşahı, Sənə kim hörmət etməz? Sənə hörmət yaraşır, Çünki millətlərin bütün müdrikləri arasında, Bütün ölkələrində Sənin kimisi yoxdur.
Выбор основного перевода