Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Buna görə də Xudavənd Rəbb belə deyir: «Qullarım yeyəcək, sizsə ac qalacaqsınız, Qullarım içəcək, sizsə susayacaqsınız, Qullarım sevinəcək, sizsə utanacaqsınız. Biz xəcalətimiz içində yatırıq, Rüsvayçılıq bizim yorğanımızdır, Çünki cavanlığımızdan indiyədək Biz və atalarımız Allahımız Rəbbə qarşı günah etdik, Allahımız Rəbbin sözünə qulaq asmadıq”». Peyğəmbərlər boşboğazdır. Allahın sözü onlarda deyil, Qoy onların başına bu iş gəlsin». Ancaq Rəbb igid bir döyüşçü kimi mənimlədir. Buna görə də məni təqib edənlər büdrəyəcək, Qalib gələ bilməyəcək. Uğur qazana bilmədikləri üçün Böyük xəcalət çəkəcəklər. Rüsvayçılıq əbədi olacaq, Heç vaxt unudulmayacaq. Mən də bütün şimal tayfalarını və qulum Babil padşahı Navuxodonosoru çağıracağam”. Bu, Rəbbin sözüdür. “Onları bu ölkənin, burada yaşayanların və bütün ətraf millətlərin üstünə gətirəcəyəm. Bunları tamamilə məhv edəcəyəm, ölkəni dəhşət və rişxənd hədəfinə çevirəcək, əbədi bir xarabalığa döndərəcəyəm. Kasadan bunlar içdi: indiki kimi viranəliyə, dəhşətə, rişxənd hədəfinə və lənətə düçar olsunlar deyə Yerusəlim əhalisi, Yəhuda şəhərləri, padşahları və başçıları, Bütün müttəfiqlərin səni unutdu, Səni arayıb-axtarmırlar. Düşmən vuran kimi Mən səni vurdum. Rəhmsizcəsinə cəzalandırdım. Çünki təqsirkarlığın böyükdür, Günahların çoxdur. Xudavənd Rəbb belə deyir: ‹Mən bu çobanların əleyhinəyəm. Sürüm üçün hesab vermələrini tələb edəcəyəm. Sürünü otarmaq işini bir daha onlara həvalə etməyəcəyəm. Artıq çobanlar özlərini bəsləməyəcək. Sürümü onların dişlərindən qurtaracağam, bir daha onlara yem olmayacaqlar›”. Efrayim yellə bəslənir, Bütün gün şərq küləyinin dalınca düşür. Yalanı, qoluzorluluğu artırır. Aşşurla saziş bağlayır, Misirə zeytun yağı göndərir. Yəhuda ilə Rəbbin davası var, Yaqubu getdiyi yola görə cəzalandıracaq, Əməllərinə görə əvəz verəcək.
Выбор основного перевода