Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ordular Rəbbi belə dedi: «Ağac kəsin, Yerusəlimin önündə torpaq qalağı qurun. Bu şəhər cəzalanmalıdır, Çünki zorakılıqla dolub-daşır. «Ona görə ki böyüyündən kiçiyinə qədər Hər kəs haram qazanc dalınca qaçır. Peyğəmbərdən kahinə qədər hər kəs hiylə qurur. Buna görə də arvadlarını başqa adamlara, Tarlalarını isə başqa sahiblərə verəcəyəm, Ona görə ki böyükdən kiçiyə qədər Hər kəs haram qazanc dalınca qaçır. Peyğəmbərdən kahinə qədər Hər biri yalan iş görür. Uriyanı Misirdən çıxarıb padşah Yehoyaqimin yanına gətirdilər. Padşah onu qılıncla öldürüb ümumi qəbiristanlığa atdırdı.
Выбор основного перевода