Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
“Bundan ötrü Mən səni atalarına qoşacağam, rahatlıqla öz qəbrinə qoyulacaqsan və bu yerin üzərinə gətirəcəyim bütün bəlanı gözlərin görməyəcək”». Onlar bu xəbəri padşaha çatdırdılar. Adamları onu arabadan götürdülər və onu özünün ikinci arabasına mindirib Yerusəlimə apardılar. Yoşiya öldü və atalarının qəbirlərində basdırıldı. Bütün Yəhudalılar və Yerusəlimlilər Yoşiya üçün yas tutdu. Yeremya Yoşiya üçün mərsiyə qoşdu. Bütün kişi və qadın xanəndələr bu günə qədər məlum olan mərsiyələrində Yoşiya barədə danışmışlar. Bu mərsiyələri oxumağı İsraildə adət etdilər və bunlar mərsiyələr kitabında yazılmışdır. Ölüdən ötrü yas tutana təsəlli vermək üçün kimsə onunla çörək kəsməyəcək, ata-anaları üçün onlara təsəlli kasasını içirməyəcək. Buna görə də Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqim barədə Rəbb belə deyir: «Onun üçün “vay qardaşım, vay bacım” söyləyib yas tutmayacaqlar, “Vay ağam, heyf onun izzəti” söyləyib yas tutmayacaqlar. Sakin olmaq üçün Misir torpağına gələn Yəhudanın sağ qalanlarından heç kəs qaçıb qurtarmayacaq, heç kəs salamat qalıb Yəhuda torpağına qayıtmayacaq. Oraya qayıdıb sakin olmaq istəsələr də, bir neçə qaçqından başqa qayıdan olmayacaq”».
Выбор основного перевода