Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Moav yuyunmaq üçün ləyənimdir, Çarığımı ataraq Edomu tutacağam, Zəfər harayını Filiştə salacağam». Kim məni istehkamlı şəhərə apara bilər? Edoma qədər kim mənə yol göstərə bilər? Ox-kamanları gəncləri parça-parça edəcək, Körpələrə rəhm etməyəcəklər, Uşaqları əsirgəməyəcəklər. Çünki ölüm pəncərələrimizə dırmaşdı, Saraylarımıza girdi ki, Küçədə uşaqları, Meydanlarda cavanları qırıb-çatsın. Bəli, Ordular Rəbbi belə deyir: “Bax Mən onları cəzalandıracağam: cavanları qılıncla həlak olacaq, oğul və qızları aclıqdan öləcək. Mənim önümdə onların dul qadınlarının sayı Dəniz qumundan da çox oldu. Günorta çağı Cavanlarının analarını ağlar qoymaq üçün Məhv edəni gətirdim. Qəflətən onları qorxu və dəhşətə saldım. Ölkənin peyğəmbərləri nərildəyən, ovunu parçalayan aslan kimi orada tələ qurdu, canlara qıydı, xəzinə və qiymətli şeylər ələ keçirdi, şəhərdə çoxlu qadınları dul qoydu.
Выбор основного перевода