Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Kahinlər ‹Rəbbi axtaraq› demədilər, Qanun müəllimləri Məni tanımadılar, Rəhbərlər Mənə qarşı üsyan etdilər, Peyğəmbərlər Baalın adı ilə peyğəmbərlik etdilər, Faydasız şeylərin dalınca getdilər”. Peyğəmbərlər boşboğazdır. Allahın sözü onlarda deyil, Qoy onların başına bu iş gəlsin». Peyğəmbərlər yalandan peyğəmbərlik edir, Kahinlər onların əli ilə hökmranlıq edir. Xalqım da bunu bəyənir. Amma axırda nə edəcəksiniz?» «Ona görə ki böyüyündən kiçiyinə qədər Hər kəs haram qazanc dalınca qaçır. Peyğəmbərdən kahinə qədər hər kəs hiylə qurur. Nə haqla deyirsiniz ki, biz müdrikik, Rəbbin Qanunu bizdədir? Budur, alimlərin hiyləgər qələmi Onu yalan şərh edir. Dilləri öldürücü oxdur, Məkrlə danışırlar. Ağzı ilə qonşusuna xoş sözlər söyləyir, Ürəyində isə ona tələ qururlar». Mənsə kəsilməyə aparılan müti quzu kimi idim, bilmirdim ki, onlar «ağacı və meyvəsini məhv edək, onu dirilər arasından yox edək ki, adı bir daha xatırlanmasın» deyərək mənə qəsd qururlar. Çünki çoxlarının «Hər tərəfdə dəhşət! Onu mühakimə edin, Biz də onu mühakimə edək!» Deyə pıçıldaşdığını eşitdim. Bütün güvəndiyim adamlar Büdrəməyimi gözləyərək «Bəlkə aldanar, onda onu məğlub edərik, Ondan qisasımızı alarıq» dedilər. Xoşaya oğlu Azarya, Qareah oğlu Yoxanan və bütün dikbaş adamlar Yeremyaya dedi: «Sən yalan söyləyirsən. “Gedib Misirdə sakin olmayın” demək üçün Allahımız Rəbb səni bizim yanımıza göndərmədi. Kahinin ağzı biliyi qorumalı, insanlar onun dilində nəsihət axtarmalıdır. Çünki o, Ordular Rəbbinin elçisidir.
Выбор основного перевода