Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb deyir: «Tikin, tikin, yol hazırlayın! Xalqımın yolundakı əngəlləri götürün!» Keçin, keçin şəhər darvazalarından, Xalq üçün yol hazırlayın! Tikin, yol salın, Daşları kənara atın, Xalqlar üçün bayraq qaldırın! Onların da, atalarının da qəbahətlərinin cəzasını Onlara çəkdirəcəyəm». Rəbb deyir. «Dağların başında buxur yandırdıqlarına görə, Təpələrin başında Mənə küfr etdiklərinə görə Mən əvvəlki əməllərini ölçüb onların əvəzini onlara çəkdirəcəyəm». Rəbb belə deyir: “Atalarınız Məndə nə haqsızlıq tapdılar ki, Məndən uzaqlaşdılar və puç bütlər ardınca getdilər, Özləri də puç adam oldular. Qız öz bəzəklərini, gəlin öz cehizini unuda bilərmi? Ancaq xalqım uzun müddət məni unutdu. Rəbb belə deyir: «Yolayrıcında dayanıb baxın, Əzəldən olan yolları soruşun. Yaxşı yolun harada olduğunu öyrənin, O yolla gedin. Onda ürəyiniz dinclik tapar. Ancaq siz “o yolla getməyəcəyik” dediniz. Siz oğurluq edirsiniz, adam öldürürsünüz, zina edirsiniz, yalandan and içirsiniz, Baal bütlərinə buxur yandırır, tanımadığınız başqa allahların tərəfdarı olursunuz.
Выбор основного перевода