Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Xudavənd deyir: «Bu xalq Mənə yaxınlaşıb Dilləri və dodaqları ilə Mənə hörmət edir, Amma qəlbləri Məndən uzaqdır. Onların Mənə səcdə etmələri İnsanlardan öyrəndikləri əmrlərdən gəlir. Səni əkən Ordular Rəbbi başına fəlakət gətirməyə qərar verdi. Çünki İsrail və Yəhuda nəsli pislik etdi, Baal bütlərinə buxur yandırmaqla Məni qəzəbləndirdi». Xalq hər vaxt olduğu kimi sənin yanına gəlir. Mənim xalqım olduqları halda önündə oturur, sözlərinə qulaq asır, amma dediklərini etmirlər. Dilləri ilə səmimi olduqlarını iddia edirlər, ancaq ürəkləri haram qazanc dalınca gedir.
Выбор основного перевода